Həcc ziyarəti ilə bağlı yeni xəbər var - RƏSMİ

Azərbaycandan Həcc ziyarəti üçün müəyyən edilən kvotanın 30%-dən çoxu artıq tamamlanıb.

 

Senzor.az bildirir ki, bunu KİV-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

 

Onun sözlərinə görə, kvotanın ilin sonuna kimi tamamlanması gözlənilir, çünki builki yerlərin sayı ötən illə müqayisədə az nəzərdə tutulub.

 

Qeyd edək ki, bu il Həcc ziyarətinə sənəd qəbulu sentyabrın 24-də başlayıb. QMİ bir nəfər üçün ziyarət paketinin qiymətini ötən ildə olduğu kimi 6 100 ABŞ dolları müəyyən edib. Lakin qiymətdə cüzi artımın olacağı da istisna edilmir.

 

Onu da xatırladaq ki, sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.