Rusiyanın qərb hissəsində yerləşən Kaluqa vilayəti dron hücumlarına məruz qalıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə vilayətin qubernatoru Vladislav Şapşa məlumat verib.
O, 6 PUA-nın zərərsizləşdirildiyini söyləyib.
Hadisə nəticəsində insan itkisi və dağıntının qeydə alınmadığı qeyd olunub.