Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin üzvləri ilə rusiyalı həmkarı Vladimir Putinin ölkəyə planlaşdırılan səfərini müzakirə edəcək.
Bu barədə Türkiyənin “Star” qəzeti məlumat yayıb.
Məlumata görə, hökumətin iclası avqustun 7-də, bazar ertəsi keçiriləcək. İclasda Ərdoğan hökumət üzvlərilə Rusiya Prezidenti ilə son telefon danışığını da müzakirə edəcək, həmçinin “taxıl sazişi” ətrafında yaranmış vəziyyətə, xarici investisiyalara yönəlmiş iqtisadi plana toxunacaq.
Qeyd edək ki, bundan əvvəl V.Putinin mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyə prezidentlərinin görüşünün yeri və dəqiq tarixinin diplomatik kanallar vasitəsilə razılaşdırılacağını bildirmişdi.