Bir qrup azərbaycanlı tələbə kənd təsərrüfatı sahəsində bacarıqlarını inkişaf etdirmək üçün İsrailə təhsil almağa gedəcək.
Senzor.az bildirir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” səhifəsində məlumat verib.
“Böyük sevinclə azərbaycanlı tələbə Turalın vizasını imzalamağa hazırlaşıram. Onlarla azərbaycanlı tələbə ilə birlikdə o, İsraildə kənd təsərrüfatı sahəsində həyatını dəyişdirən təhsil və təlim ilinə hazırlaşır.
Təsəvvür edə bilərsinizmi ki, bu il İsraildə təhsil Azərbaycanın kənd təsərrüfatı təcrübəsinə necə təsir göstərə bilər?”, - paylaşımda qeyd edilib.