Tramp Rusiya Mərkəzi Bankının aktivləri ilə Ukraynaya kredit verəcək?
"THE NEW YORK TİMES"

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Co Bayden Administrasiyasının Ukrayna üçün ayırdığı kreditin şərtlərini yenidən nəzərdən keçirə bilər.

 

Bunun üçün də Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulmasını nəzərdə tutan sanksiyaları ləğv etməyə cəhd edə bilər.

 

Bu ehtimal barədə "The New York Times" (NYT) nəşri yazıb.

 

Qeyd olunub ki, ABŞ Maliyyə Nazirliyi daha əvvəl Ukraynaya 20 milyard dollar məbləğində kredit ayırdığını və bu kreditin tranşlarla ödəniləcəyini açıqlamışdı. Vəsaitlərin qaytarılması dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə etmək hesabına planlaşdırılır.

 

Nəşr eyni zamanda etiraf edir ki, belə bir təşəbbüs respublikaçılar arasında dəstək tapmaya bilər. Bundan əlavə, bu, çətin ki, kreditin Avropa hissəsinə təsir etsin.

 

NYT qeyd edir ki, Bayden Administrasiyası bu kreditlə hətta Trampın hakimiyyətə qayıtmasından sonra belə, Ukraynanın iqtisadi sabitliyini təmin etməyə çalışır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.