Ərdoğan bu iki ölkəni barışdırdı - FOTO

Somali və Efiopiya liderləri aralarındakı münaqişənin həlli üçün razılığa gəliblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Həsən Şeyx Məhəmməd və Efiopiyanın Baş naziri Abiy Əhmədlə keçirdiyi mətbuat konfransında deyib.

 

"Somali və Efiopiyanın ölkəmizə olan etimadı sayəsində təxminən səkkiz ay əvvəl başladığımız Ankara prosesində mühüm mərhələyə çatdıq. Beləliklə, iki ölkə arasında sülh və əməkdaşlığa əsaslanan yeni başlanğıca doğru ilk addımı atdıq. Ümid edirəm ki, razılaşdırılmış birgə bəyanat regionda hörmət əsasında əməkdaşlıq, iqtisadi inkişaf və rifahın təməlini qoyacaq”, - Ərdoğan bildirib. 

Qeyd edək ki, Somali ilə Efiopiya arasında münasibətlərdə böhran Abiy Əhməd və Somalinin yarım-muxtar bölgəsi Somaliləndin rəhbəri Musa Bihi Abdinin yanvarın 1-də Efiopiyanın dəniz limanlarına çıxışını təmin etmək üçün anlaşma memorandumu imzalamasından sonra yaranıb.

 

Somalilənd Efiopiyaya suveren dövlət kimi tanınması müqabilində öz ərazisində dəniz bazası yaratmaq imkanı verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.