Gürcüstanın paytaxtı Tbilisidə etirazlar bu gün də davam edir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rustaveli prospektində keçirilən mitinqdə ölkə Prezidenti Salome Zurabişvili də iştirak edir.
Aksiya səbəbindən şəhərin əsas yolkasının işıqlandırılması tədbiri təxirə salınıb.
Qeyd edək ki, bu gün Gürcüstan özünün yeni prezidentini (Mixail Kavelaşvili) seçib. Müxalifət və Prezident Zurabişvili seçkiləri tanımadıqlarını bəyan ediblər.
Müxalifət, Prezident və onları dəstəkləyən Qərb siyasətçiləri ölkədə repressiyaların başladığını bəyan edirlər, hakimiyyət isə buna cavab olaraq “agentura müxalifəti”nin öz əcnəbi ağalarının dəstəyi ilə “Maydan” təşkil etmək cəhdindən danışır...