İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail Baş nazirinin müşaviri Dmitri Gendelman məlumat verib.
Onun sözlərinə görə, telefon danışığı dekabrın 14-ü axşam saatlarında baş tutub: “Söhbət zamanı onlar digər məsələlərlə yanaşı, girovların geri qaytarılması səylərini, həmçinin Suriya və Qəzzada regional hadisələri müzakirə ediblər”.