Bakıda magistral kəmər yenilənir: BƏZİ ƏRAZİLƏRDƏ SU KƏSİLƏCƏK
FOTO

Bakı şəhərində su təchizatı şəbəkəsinin dayanıqlığını artırmaq məqsədilə mühüm infrastruktur yenidənqurma işləri aparılır.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, Binəqədi rayonu, Palçıqlı dağ adlanan ərazidən keçən, diametri 1220 millimetr olan BSK 2 (Sol) magistral su kəmərinin 3400 paqon metrlik hissəsi uzun müddət istismar olunduğundan qəzalı vəziyyətə düşüb. Kəmərin qəzalı hissəsinin yenilənməsi məqsədilə uzunluğu 560 paqon metr olan polad borunun artıq 200 paqon metrlik hissəsi inşa edilib.

 

Hazırda Sutikinti Müəssisəsi tərəfindən həmin kəmərin H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 60 paqon metrlik, eləcə də Palçıqlı dağ ərazisindən keçən 300 paqon metrlik hissəsinin dəyişdirilməsi davam etdirilir. Müəssisənin sahə rəisi Anar Şahməmmədov bildirib ki, Binəqədi rayonu Palçıqlı dağ adlanan ərazidə istismara yararsız olan 1220 millimetrlik polad borunun yenilənməsinə başlanılıb və işlərin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur.

 

Layihə çərçivəsində Bakıda su təchizatı infrastrukturunun yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması işləri aparılır. Bu səbəbdən bəzi ərazilərdə müvəqqəti su kəsintiləri və ya təchizatda məhdudiyyətlər ola bilər. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sakinlərin vaxtında məlumatlandırılması və mümkün narahatlıqların minimuma endirilməsi üçün zəruri tədbirlər gördüyünü bildirib.

 

Aparılan işlər abonentlərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.