Putinin işdən çıxardığı nazirin intiharı ilə bağlı YENİ VERSİYALAR
YENİLƏNİB, FOTO/VİDEO

Rusiya mətbuatı və "Telegram" kanalları Rusiyanın intihar edən keçmiş nəqliyyat naziri, Kursk vilayətinin sabiq qubernatoru Roman Starovoytla bağlı yeni detalları dərc ediblər.

 

"Mash" "Telegram" kanalının məlumatına əsasən, məmurun Kursk vilayətinin Durnevo yaşayış məntəqəsindəki iqamətgahı eyniadlı vilayətdə cinayət işinin predmetinə çevrilmiş fortifikasiya qurğularını tikən şirkət tərəfindən inşa edilib.

 

Mənbələrə görə, keçmiş qubernatora qarşı əsas ifadələri məhz bu təşkilatın baş direktoru verə bilərdi.

 

Eyni zamanda, Starovoyt müasir Rusiya tarixində intihar edən ilk yüksəkvəzifəli məmur oldu.

 

Bildirilir ki, Starovoyt iyulun 7-də səhər saatlarında hələ də Nəqliyyat Nazirliyində işdə olub və işdən çıxmasının elan edildiyi vaxt iclas keçirirmiş...

 

"Kommersant" nəşri yazır ki, həmin gün axşam saatlarında onun saxlanılması və Rusiya İstintaq Komitəsinin şöbələrinin birində dindirilərək dələduzluqda ittiham irəli sürülməsi planlaşdırılıb. 

Starovoyt son mesajını mühafizəçilərinə göndərib və onu harada və nə vaxt götürməli olduqlarını bildirib. "Aurus" xidməti maşınında gələn şəxsi mühafizə əməkdaşları öz rəislərinin cəsədini parklama ərazisində tapıblar və xüsusi xidmət orqanlarına zəng ediblər. Avtomobildə onun yanında 2023-cü ildə aldığı "Makarov" tapançası olub.

 

**17:56

 

Rusiya İstintaq Komitəsinin məlumatına görə, ölkənin keçmiş nəqliyyat naziri Roman Starovoytun meyiti onun şəxsi avtomobilində tapılıb.

 

Rusiya KİV-i xəbər verir ki, keçmiş nazir özünə ona bağışlanan tapança ilə atəş açıb.

 

Rusiya mətbuatı artıq Roman Starovoytun özünə qəsd etdiyi avtomobilin fotosunu da dərc edib. 

Qeyd olunur ki, R. Starovoytun intiharı ona qarşı açılması gözlənilən cinayət işi ilə bağlı ola bilər. Belə ki, Kursk vilayətinin keçmiş rəhbərinə qarşı əvvəllər onun müavini işləmiş və bir milyard rubl məbləğində(təxminən 21.5 milyon manat - red.) dələduzluqda şübhəli bilinərək həbs edilmiş Aleksey Smirnov ifadə verib.

 

**17:30

 

Bu gün Rusiya Prezidenti Vladimir Putinin vəzifəsindən azad edilən keçmiş nəqliyyat naziri Roman Starovoyt intihar edib.

 

Bu barədə Rusiya KİV-i ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

 

İlkin məlumatlara görə, Roman Starovoytun meyiti onun Moskva vilayətinin Odintsovo rayonundakı evində tapılıb.

 

Qeyd olunub ki, keçmiş nazir odlu silahla intihar edib.

 

Məlumat üçün əlavə edək ki, R.Starovoyt 2024-cü ildə nəqliyyat naziri vəzifəsinə təyin edilib. Ondan əvvəl isə Kursk vilayətinin rəhbəri olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.