İraqın şimalında şəhid olan türk hərbçilərinin sayı 8-ə çatdı
YENİLƏNİB, FOTO/VİDEO

İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənərək şəhid olan Türkiyə hərbçilərinin sayı 8-ə çatıb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd edək ki, dünən İraqın şimalında mağarada axtarış tədbirləri zamanı 19 hərbçi zəhərlənmiş, onlardan 5-i həyatını itirmişdi.

 

Onu da qeyd edək ki, faciə ilə bağlı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.

 

**19:40 (06.07.2025)


İraqın şimalında bir mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun 19 hərbçisi metan qazından zəhərlənib, 5-i həyatını itirib.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd edilib ki, 28 may 2022-ci ildə İraqın şimalında Pençe-Kilit Əməliyyatı bölgəsində əməliyyat-axtarış tədbirləri zamanı PKK terrorçularının açdığı atəş nəticəsində Nuri Melih Bozkurt şəhid olub. Həmin vaxt intensiv atəşlə əlaqədar onun meyitini çıxarmaq mümkün olmayıb. Bu gün – iyulun 6-da Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada əməliyyat-axtarış tədbiri həyata keçirilib və əməliyyat zamanı 19 əsgər metan qazından zəhərlənib.

 

Vertolyotla xəstəxanaya çatdırılan 19 əsgərdən 5-i həyatını itirib.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.