Azərbaycanlı tələbə Almaniyada ölü tapılıb.
APA xəbər verir ki, birinci kurs tələbəsi Kənan Camal oğlu Səfərov iyulun 5-də Münxendə yaşadığı evdə ölü tapılıb.
Almaniyada yaşayan Azərbaycan vətəndaşı Mirnatiq Mirsultanov bildirib ki, Kənan Səfərov 6 aydır Almaniyaya gəlib və həm təhsil alıb, həm də diş həkimi köməkçisi kimi çalışıb.
O, iyulun 5-də işə getmədiyi üçün yaşadığı ünvana adam göndərilib, qapını döysələr də, açan olmayıb, mənzilə pəncərədən daxil olublar və döşəmənin üzərində Kənan Səfərovun meyitini aşkarlayıblar.
Meyitin üzərində hər hansı zorakılıq əlaməti olmayıb.
Onun qida zəhərlənməsindən və ya digər başqa səbəbdən ölümü araşdırılır.
Hüquq-mühafizə orqanlarına məlumat verilib, cənazənin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.