Azərbaycandan keçməklə Ermənistana taxıl daşınması müntəzəm hal alıb - RUSİYA DƏMİR YOLLARI

Azərbaycandan keçən yeni marşrutla Rusiyadan Ermənistana dəmir yolu ilə taxıl daşınması müntəzəm hal alıb.

 

Bunu Rusiya Dəmir Yolları ASC-nin direktorunun birinci müavini Sergey Pavlov deyib.

 

O, 2025-ci ilin noyabr ayında Azərbaycan ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını, nəticədə uzun illər sonra Rusiyadan ilk dəfə taxıl yüklü qatarın göndərildiyini xatırladıb.

 

“Hazırda yüklərin çatdırılması müntəzəm olaraq həyata keçirilir. Gələcəkdə bu marşrut üzrə daşımaları daha da inkişaf etdirməyi planlaşdırırıq”, – Pavlov qeyd edib.

 

APA xatırladır ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl göndərilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.