ABŞ-la İran arasında atəşkəs razılaşması necə əldə olunub?
“AXİOS” PROSESİN GİZLİNLƏRİNİ AÇIQLAYIB

İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei iranlı rəsmilərə ABŞ-la razılıq əldə etmək yolunda addım atmağa dair göstəriş verib.

 

Bu barədə  “Axios”a anonim İsrail rəsmisi, eləcə də bir regional və daha bir məlumatlı mənbə danışıblar.

 

Belə ki, Donald Trampın təhdidlərindən sonra atəşkəs elan olunana qədər, hətta ABŞ Prezidentinə yaxın adamlar belə onun son qərarının nə olacağını bilməyiblər.

 

Nəşrin yazdığına görə, ABŞ-ın Yaxın Şərqdəki qoşunları və Pentaqon rəsmiləri İranın infrastrukturuna saatlarla davam edəcək kütləvi hücum planlaşdırıb və onlar belə Trampın qərarının nə olacağından əmin olmayıblar. Üstəlik, region ölkələri də İranın güclü cavab zərbələrinə hazırlaşmağa başlayıblar.

 

Məlumatda deyilir ki, bazar ertəsi günü Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff çox əsəbi halda telefonda vasitəçilərlə danışıb və o, İranın təqdim etdiyi 10 maddəlik planı “fəlakət” adlandırıb. Bundan sonra pakistanlı vasitəçilər, planın üzərində dəyişiklik edilmiş yeni versiyalarının İranın xarici işlər naziri Abbas Əraqçi və Uitkoff arasında mübadiləsini təşkil ediblər.

 

Yazıda qeyd olunub ki, Türkiyə və Misirin xarici işlər nazirləri də ABŞ-la İran arasında körpülərin qurulmasında iştirak ediblər və bazar ertəsi gecəyə qədər artıq ABŞ-ı iki həftəlik atəşkəs razılaşmasına inandıra biliblər. Bundan sonra isə əsas qərar İranın Ali Rəhbərindən asılı olub.

 

Bildirilib ki, İsrail tərəfindən sui-qəsdə məruz qalmaq ehtimalına görə, Xamenei iranlı rəsmilərlə yazılı formatda əlaqə saxlayıb.

 

Bundan başqa, Əraqçi SEPAH-ın komandirlərini razılaşmanı qəbul etməyə məcbur edib.

 

Çin də İranı müharibəni dayandırmağa çağırıb.

 

Mənbələr vurğulayıblar ki, bütün bunlara baxmayaraq, Xameneinin icazəsi olmadan razılaşma baş tuta bilməzdi.

 

Əlavə edilib ki, Macarıstanda səfərdə olan ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens aktiv şəkildə telefonla pakistanlı vasitəçilərlə əlaqə saxlayıb. Bu müddət ərzində İsrailin Baş naziri Benyamin Netanyahu da Trampla mütəmadi olaraq kontaktda olub, çünki israillilər prosesin onların nəzarətindən çıxacağından narahat olublar.

 

Çərşənbə axşamı günortaya qədər isə tərəflərin iki həftəlik atəşkəs üzrə razılaşmaları təmin olunub.

 

Pakistanın Baş naziri Şahbaz Şərifin “X” hesabında razılaşmanı elan etməsindən sonra Tramp müharibəni dəstəkləyən ABŞ rəsmilərindən zənglər və mesajlar alıb. Onlar Trampı müharibəni dayandırmamağa çağırıblar. Həmin şəxslər Trampın atəşkəsə razılaşmayacağına inanıblar, lakin sonra Trampın razılaşmanı qəbul etməsi onların təəccübünə səbəb olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.