
Rusiya Prezidenti Vladimir Putin İrkutskdan sonra Qazaxıstanla birgə tədbirin keçirilməsi planlaşdırılan Omska yollanacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
O qeyd edib ki, Rusiya lideri iyulun 24-də İrkutsk Aviasiya Zavoduna gəlib. Onun sözlərinə görə, zavoda səfər bundan əvvəl Moskva vilayətində keçirilmiş aviasiya sənayesinin inkişafına dair müşavirənin davamı kimi təşkil olunub.
"Mövzunun davamı olaraq Omska - Qazaxıstanla birgə tədbirin planlaşdırıldığı şəhərə getməzdən əvvəl İrkutska baş çəkmək qərara alındı", – deyə Kremlin nümayəndəsi bildirib.
Hazırda Omskda Rusiya və Qazaxıstanın Regionlararası Əməkdaşlıq üzrə XXII Forumu keçirilir. Forum 2003-cü ildən təşkil olunur.