Böyük Britaniyada müddətsiz həbs cəzalarına
YENİDƏN BAXILACAQ

Böyük Britaniyanın Baş naziri Endi Börnhem müddətsiz həbs cəzaları ilə bağlı məsələyə yenidən baxılma prosesinin başlanmasına dair göstəriş verib.

 

“The Independent” xəbər verir ki, məqsəd həm ölkədəki həbsxana böhranını aradan qaldırmaq, həm də uzun illərdir azadlığa buraxılma tarixi müəyyən edilmədən həbsdə qalan məhkumların işlərinə yenidən baxmaqdır.

 

Endi Börnhem ədliyyə naziri Aleks Norrisə müddətsiz həbs cəzalarının nəzərdən keçirilməsini tapşırıb.

 

Qeyd edək ki, bu cəza növü 2012-ci ildə ləğv olunsa da, qərar geriyə şamil edilmədiyi üçün minlərlə məhkum hələ də azadlığa buraxılma tarixi olmadan həbsdə qalır.

 

Məlumata görə, bəzi şəxslər mobil telefon oğurluğu kimi nisbətən yüngül cinayətlərə görə, bəziləri isə azyaşlı ikən törətdikləri cinayətlər səbəbindən uzun illərdir həbsdə saxlanılır.

 

Hökumət bildirir ki, bu cəzalara yenidən baxılması həbsxanalardakı sıxlığın azaldılmasına da kömək edə bilər.

 

Endi Börnhem deyib ki, həbsxana sistemindəki böhranı köklü şəkildə həll etmək niyyətindədir və bu problemi gələcək hökumətlərə miras qoymaq istəmir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.