
Buzovnada dənizdə batan qardaşlardan böyüyünün də meyiti tapılıb.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, 2 avqust 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, iki gün əvvəl gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1,3 kilometr aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olmuşdu. 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafiq qızı xilas edilmiş və ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilmiş, 2014-cü il təvəllüdlü Həmidov Əli Rafiq oğlunun meyiti isə sahildə aşkar edilmişdi.