
Abşeron rayonunda ər arvadını bıçaqlayıb, daha sonra özünü öldürüb.
Senzor.az bildirir ki, hadisə dünən axşam saatlarında Xırdalanda qeydə alınıb.
İlkin məlumata görə, 1972-ci il təvəllüdlü Tərlan İbrahimov münaqişə zəminində arvadı - 1978-ci il təvəllüdlü Günəş İbrahimovaya bıçaqla çoxsaylı xəsarətlər yetirib, daha sonra özünə xəsarət yetirərək öldürüb.
Qadın Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, Müvafiq laborator və instrumental müayinələr aparıldıqdan sonra o, cərrahi əməliyyata alınıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.