Bakının Gəncə prospektində yenə sürüşmə olub: MAŞINLAR TORPAQ ALTINDA QALIB
VİDEO

Xətai rayonu, Gəncə prospektində yaşayış binasından 24–25 metr məsafədə yerləşən, hündürlüyü 12–16 metr, uzunluğu 140–150 metr olan sərt kəsilmiş yamacın 28–30 metrlik hissəsində sürüşmə baş verib.

 

Senzor.az bildirir ki, bu barədə KİV-ə Geoloji Kəşfiyyat Agentliyindən məlumat verilib.

 

Agentliyin İdarə Heyətinin sədri Əli Əliyevin sözlərinə görə, sürüşmə torpaq qatının islanması nəticəsində yamacın asılı vəziyyətdə olan hissəsinin dayanıqlığının zəifləməsi və ağırlıq qüvvəsinin təsiri ilə torpaq kütləsinin yamac boyu hərəkət etməsi nəticəsində baş verib. 

 

Ə.Əliyev bildirib ki, sürüşən torpaq kütləsinin həcmi təxminən 4,5–5 m³ təşkil edir: "Ərazi aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır və müvafiq tədbirlər görülür".

 

Qeyd edək ki, Xətai rayonu Əhmədli qəsəbəsində torpaq uçqunu olduğu barədə sosial mediada görüntülər yayılıb.

 

Hadisənin Gəncə prospektində yeni tikilmiş binalardan birinin yaxınlığında baş verdiyi qeyd olunub.Təpəlik ərazidən uçan torpaq qatı orada parklanmış avtomobillərin üzərinə düşdüyü üçün bir neçə nəqliyyat vasitəsi zərər görüb.

 

Xatırladaq ki, həmin ərazidə əvvəllər də bir neçə dəfə torpaq sürüşməsi olub.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.