Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı - FOTO

BMT Baş Assambleyasının Üçüncü Komitəsi çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı ilə keçirilən interaktiv dialoq zamanı Azərbaycan bütün insan hüquqlarının, o cümlədən mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların, həmçinin inkişaf hüququnun qarşılıqlı surətdə bağlı olduğunu və bir-birini tamamladığını vurğulayıb.

 

Senzor.az bildirir ki, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin məlumatında belə deyilir.

 

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən sonra ölkədə aparılan bərpa və yenidənqurma işlərinə ərazilərdə geniş yayılmış mina və digər partlayıcı qurğular ciddi maneə törədir. Bu təhlükələr mülki şəxslərin həyatına son qoyur, onların yaralanmasına səbəb olur.

 

Məlumatda, həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 mindən çox şəxsin taleyinin hələ də məlum olmamasının ciddi humanitar problem olaraq qaldığı diqqətə çatdırılıb.

 

Azərbaycan BMT-nin insan hüquqları mexanizmlərini və İnsan Hüquqları üzrə Ali Komissarlığını minlərlə insana təsir edən mina təhlükəsi və itkin düşmüş şəxslərlə bağlı problemlərə xüsusi diqqət yetirməyə çağırıb.

 

Bununla yanaşı, qeyd olunan məsələlərin aidiyyəti qurumlarla müvafiq səviyyədə müzakirəsinin aparılmasının və onların həlli üçün səmərəli əməkdaşlığın təşviq edilməsinin vacibliyi vurğulanıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.