İstanbuldakı fəlakət Azərbaycanda da təkrarlana bilərmi? - FOTO

Xəbər verildiyi kimi, Türkiyənin İstanbul şəhərində güclü leysan yağışları və fırtına ciddi fəsadlara səbəb olub. Şəhərin bir sıra ərazilərində həyatın gündəlik axarı pozulub.

 

Əlverişsiz hava şəraiti nəticəsində iki nəfər həyatını itirib. Güclü yağışlar küçə və yolların su altında qalmasına, hərəkətdə çətinliklərin yaranmasına səbəb olub.

 

 

Yağıntılı hava şəraiti ilə əlaqədar İstanbulda tədris prosesinin bir günlük dayandırıldığı da bildirilir.

 

İntensiv yağışlar və fırtına şəhərdə sakinlərin gündəlik həyatına təsir göstərməklə yanaşı, təhlükəsizliklə bağlı narahatlıqları da artırıb.

 

Bəs İstanbulda müşahidə olunan güclü leysan və fırtına Azərbaycanda da qeydə alına bilərmi? Ölkəmizdə yaxın günlərdə intensiv yağıntılar və kəskin hava şəraiti gözlənilirmi?

 

Oxu.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, həftənin sonunadək ölkə ərazisində güclü yağışların yağacağı gözlənilmir.

"Ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Axşam və gecə saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var", - deyə G.Məmmədova bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.