
BMT-nin Baş katibi Antonio Quterreş Ermənistana səfər edib.
Senzor.az bildirir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
BMT baş katibini Zvartnots Beynəlxalq Hava Limanında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.
Qeyd edək ki, Quterreş BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflərinin 17-ci Konfransında (COP17) iştirak etmək üçün Ermənistana səfər edib.