Çin kosmosa lazer rabitəli 10 peyk buraxdı

Çinin “Zhuque-2E Y4” raketdaşıyıcısı 10 peyki təyin olunmuş orbitə uğurla çıxarıb.

 

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

 

Bildirilib ki, buraxılış Qansu əyalətində yerləşən Dunfın (Dongfeng) Kommersiya Kosmik Buraxılış İnnovativ Eksperimental Zonasından həyata keçirilib.

 

Orbitə göndərilən peyklərdən 8-i "Adaspace Technology" kommersiya aerokosmik şirkətinə məxsus "Xinshidai" seriyasıdır. Bu peyklər yüksək performanslı hesablama modulları, sürətli lazer rabitə avadanlıqları və gecə görüntüləmə kameraları ilə təchiz olunub. 

 

Layihənin məqsədi 2 800 süni intellekt peykindən ibarət qlobal orbital hesablama şəbəkəsi yaratmaqdır. Bu sistem Yer səthindəki obyektləri və hadisələri izləyib təhlil edərək nəticələri birbaşa yerüstü stansiyalara ötürəcək.

 

Missiya çərçivəsində kosmosa buraxılan digər iki peyk – "Guangchuan-03" və "Guangchuan-04" isə peyklərarası lazer rabitəsi vasitəsilə qlobal peyk interneti şəbəkəsinin qurulması üçün nəzərdə tutulub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.