
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, toplantının gündəm mövzusu birjada manipulyasiya nəticəsində yaranan böhran olacaq.
Bununla yanaşı, "Terrorsuz Türkiyə" prosesi də müzakirə ediləcək.
Məlumata görə, Yaxın Şərqdəki proseslər, Ərəbistan yarımadasındakı son vəziyyət, artan ABŞ-İran gərginliyi və regional proseslər də gündəmdə olacaq.