
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmilərinin İrana səfəri planlaşdırılır.
IRIB xəbər verir ki, bu barədə məlumatı İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri paylaşıb.
Baqeri həmin rəsmilərin Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı Asim Munir və Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın olduğunu qeyd edib.
Baqeri həmin rəsmilərin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşəcəyini də bildirib. O, səfərin nə zaman reallaşacağı barədə məlumat verməyib.