İsrail Trampın 4 milyard dollarlıq maliyyə yardımını dayandırması açıqlamasına təəccüblənib

İsrail hakimiyyəti ABŞ Prezidenti Donald Trampın yəhudi dövlətinə illik 4 milyard dollarlıq maliyyə yardımının dayandırılması ilə bağlı açıqlamasına hazır olmayıb.

 

Senzor.az bildirir ki, bu barədə İsrailin “Kan” dövlət televiziyası məlumat yayıb.

 

İsrail Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi bildirib ki, Vaşinqtonla davamlı təmaslara baxmayaraq, belə bir açıqlama gözlənilməz olub. Onun sözlərinə görə, qərarın nəticələri hələlik tam aydın deyil.

 

Telekanalın məlumatına görə, cəmi iki həftə əvvəl İsrailin müdafiə heyəti ABŞ-a səfər edərək amerikalı hərbi rəsmilərlə gələcək silah alışını müzakirə edib.

 

Qeyd edək ki, noyabrın 3-də Tramp “Fox News” telekanalına müsahibəsində ABŞ-ın ilin sonunadək İsrailə illik 4 milyard dollarlıq maliyyə yardımını dayandıracağını bildirib. Onun sözlərinə görə, bu məsələ İsrailin Baş naziri Binyamin Netanyahu ilə bir neçə ay əvvəl razılaşdırılıb.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.