ABŞ-da aralıq seçkiləri: Demokratlar Senatda və Nümayəndələr Palatasında çoxluq qazandılar
VİDEO

ABŞ-da keçirilən aralıq seçkilərində səslərin hesablanması davam edir.

 

Senzor.az bildirir ki, ilkin nəticələrə əsasən, Demokratlar Partiyasının Senatda artıq 100 yerdən 51-i üzrə qalib gəldiyi təsdiqlənib.

 

Seçkilərdə Nümayəndələr Palatasının bütün 435, Senatın isə 35 yeri uğrunda mübarizə aparılır. Eyni zamanda, 36 ştatda qubernator seçkiləri keçirilir.

 

“Associated Press” agentliyinin son məlumatlarına əsasən, demokratlar Texas, Şimali Karolina, Cənubi Karolina, Kanzas, Ayova və Ohayo ştatlarında respublikaçıların nəzarətində olan Senat yerlərini qazanıblar.

 

Səslərin hesablanmasının davam edən təxminən 40 seçki dairəsində də demokrat namizədlərin öndə olduğu bildirilir.

 

Beləliklə, Demokratlar Partiyası Konqresin hər iki palatasında çoxluğu əldə edərək qanunverici hakimiyyət üzərində nəzarəti respublikaçılardan alıb.

 

Qeyd edək ki, ABŞ Konqresi 435 üzvlü Nümayəndələr Palatasından və 100 üzvlü Senatdan ibarətdir. Nümayəndələr Palatasında çoxluq üçün ən azı 218, Senatda isə 51 yer tələb olunur.(Bax:https://www.youtube.com/watch?v=Raqlpzp2y0E)



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.