ABŞ İranla müvəqqəti razılaşmanın layihəsini təsdiqləyib

ABŞ İranın nüvə proqramı və dondurulmuş aktivləri ilə bağlı qarşılıqlı güzəştləri nəzərdə tutan müvəqqəti razılaşma layihəsini təsdiqləyib.

 

"Al-Araby Al-Jadeed" nəşri xəbər verir ki, bu barədə Qətər və Pakistan vasitəçilərinə yaxın mənbələr məlumat veriblər.

 

Təklif olunan plana əsasən, Tehran nüvə proqramı ilə bağlı müəyyən güzəştlərə getməyə, Vaşinqton isə xarici ölkələrdə dondurulmuş İran aktivlərinin bir hissəsini azad etməyə razılaşacaq. Tərəflərin bu addımları eyni vaxtda elan etməsi nəzərdə tutulur.

 

Nəşrin məlumatına görə, hazırda məsləhətləşmələrdə iştirak edən tərəflər əldə olunmuş razılaşmanın necə və hansı qaydada rəsmən elan ediləcəyini müzakirə edirlər. İlkin razılaşmanın mərhələli şəkildə həyata keçirilməsi, bundan sonra isə ABŞ və İran arasında danışıqların bərpa olunması planlaşdırılır.

 

Qətərli vasitəçilər təklif olunan layihə ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini də tanış ediblər. Nəşrin mənbələrinin iddiasına görə, hər iki ölkə təşəbbüsü dəstəkləyib.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.