
"İsraildə populyarlığım o qədər yüksəkdir ki, ora köçsəm, Baş nazir ola bilərəm".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Mən İsraildə populyarlığına görə birinciyəm. İsraildə 99% bəyənmə reytinqim var. İnana bilərsinizmi? Əslində, ABŞ-da insanlar məndən bezsələr, İsrailə köçüb Baş nazir olacağam. Bir düşünün. İsrail tarixində ən yüksək bəyənmə reytinqinə sahibəm", - deyə dövlət başçısı "Fox News"a müsahibəsində bildirib.