Bolqarıstan sahillərində yük gəmisi batdı: 4 AZƏRBAYCAN, 8 TÜRKİYƏ VƏTƏNDAŞI XİLAS EDİLDİ
VİDEO

Qara dənizin Bolqarıstan sahillərində göyərtəsində Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu “BETUL 8” adlı yük gəmisi batıb.

 

“NTV” portalı xəbər verir ki, gəminin batmasına səbəb partlayış olub.

 

Somali bayrağı altında üzən və Rumıniyadan Misirə təqribən 3 ton buğda daşıyan “BETUL 8”dən 8 Türkiyə və 4 Azərbaycan vətəndaşı helikopterlə xilas edilib.

 

Bolqarıstan Milli Televiziyası ölkənin Nəqliyyat Nazirliyinə istinadən bildirib ki, Varnadakı Dəniz Xilasetmə Koordinasiya Mərkəzinə səhər saat 9:15-də fəlakət siqnalı daxil olub. Ekipaj məlumat verib ki, gəmi Bolqarıstanın müstəsna iqtisadi zonasında yerləşən Kaliakra burnundan təxminən 40 dəniz mili cənub-şərqdədir.

 

Nazirliyin məlumatına görə, hadisə yerinə Qara dənizdəki Dəniz Minatəmizləmə və Kəşfiyyat Qrupunun dörd gəmisi – iki Bolqarıstan, bir Rumıniya və bir Türkiyə gəmisi göndərilib. 

 

Əməliyyata həmçinin iki "Cougar" helikopteri və bir "Su-25" təyyarəsi vasitəsilə ərazidə müşahidə və kəşfiyyat işləri aparan hərbi hava qüvvələri də qoşulub.

 

Bolqarıstan Milli Televiziyasının təsdiqlənməmiş məlumatına görə, gəmi artıq batıb.

 

Gəmi qəzasının səbəbləri, eləcə də partlayışın və batmanın dron zərbəsinin nəticəsi olub-olmaması hələ ki məlum deyil.(Bax: https://www.youtube.com/watch?v=w1Ns7PNJJPQ)



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.