
Litva Estoniyanın nümunəsini əsas götürərək, Rusiya ilə sərhədi tamamilə bağlamaq variantını nəzərdən keçirir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Litva Prezidenti Gitanas Nauseda deyib.
“Bu, region üçün yeni hal deyil, ona görə də Estoniyanın qərarı başadüşüləndir”, - o qeyd edib.
Nauseda vurğulayıb ki, Litva da bütün halları nəzərə laraq belə bir qərar qəbul edə bilər.
Xatırladaq ki, Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədləri qeyri-müəyyən müddətədək bağlayacaq. Tallin bunu Rusiyanın qeyri-dost addımları ilə izah edib.(Bax: https://www.youtube.com/watch?v=E9uORlaQx8s)