Azərbaycan hərbçiləri Rusiya sülhməramlılarının icazəsiz silah daşıyan kolonnasını saxladılar və...
GERİ QAYTARDILAR

Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb. 

 

Senzor.az bildirir ki, bu barədə “Minval” nəşri məlumatlı mənbələrə istinadən xəbər yayıb.

 

Məlumata görə, dünən saat 17:15-də Azərbaycan Ordusunun nəzarət-buraxılış məntəqəsində Rusiya Federasiyası sülhməramlılarının 1 ədəd 82A zirehli transportyor və 3 ədəd “Ural” markalı avtomobildən ibarət olan, Ağdam vasitəsilə Əsgəran-Ağdərə marşrutu üzrə hərəkət edən kolonnası yoxlama üçün dayandırılıb.

 

Avtomobillərə baxış zamanı onlardan birinin yük hissəsində yataq döşəkləri arasında ən azı 5 ədəd “Kalaşnikov” avtomatı (AKM) aşkar edilib.

 

Qaydaların kobud şəkildə pozulmasına - silah və sursatların sənədsiz daşınmasına cavab olaraq, kolonna geri qaytarılıb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.