
ABŞ Silahlı Qüvvələri Vaşinqtonun Hörmüz boğazında İranın ticarət gəmilərinə hücuma hazırlaşdığını iddia etdiyi bir neçə dronunu vurub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"İran Hörmüz boğazından keçən ticarət gəmilərinə zərbə endirmək üçün bir neçə hücum dronunu işə salıb. ABŞ qüvvələri son saatlarda bütün dronları vurub və boğazdan gəmilərin hərəkəti maneəsiz davam edir", - məlumatda vurğulanıb.
CENTCOM əlavə edib ki, beynəlxalq ticarət dəhlizi gəmiçilik üçün açıq qalıb.