Həftəsonu maqnit qasırğası olacaq

13-14 iyunda Günəş aktivliyinin artacağı proqnozlaşdırılır.

 

Oxu.az bildirir ki, bu barədə ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin Kosmik Hava Proqnozlaşdırma Mərkəzi məlumat yayıb.

 

Qeyd olunub ki, bu günlərdə G1 səviyyəli maqnit pozuntuları mümkündür. Bu, geomaqnit aktivliyin qırmızı səviyyəsinə uyğundur və maqnit qasırğası kimi təsnif edilir.

 

Günəş aktivliyinin bu cür səviyyəsi meteohəssas insanların səhhətinə təsir göstərə bilər. Mütəxəssislər həftəsonu imkan daxilində həddindən artıq fiziki və emosional yüklənmədən çəkinməyi, yuxu rejiminə riayət etməyi, kifayət qədər su içməyi və təmiz havada daha çox vaxt keçirməyi tövsiyə edirlər.

 

İlkin proqnozlara görə, həftəsonundan sonra geomaqnit vəziyyət tədricən sabitləşməyə başlayacaq, Günəş aktivliyinin intensivliyi isə azalacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.