Qırğızıstanla Yaponiya arasında ikiqat vergitutma aradan qaldırıldı

Qırğızıstan Prezidenti Sadır Japarov Qırğızıstan və Yaponiya arasında gəlirlərə dair ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişi təsdiqləyən qanunu imzalayıb.

 

“Teleqraf” xəbər verir ki, sənəd 2025-ci il dekabrın 19-da Tokioda imzalanıb.

 

Qırğızıstan Joqorku Keneşi bundan əvvəl ölkənin daxili prosedurları tamamlaması üçün ratifikasiya haqqında qanun qəbul edib, Prezidentin qərarı ilə saziş qüvvəyə minir.

 

Qeyd edilib ki, bu qanun beynəlxalq ikiqat vergitutma sahəsində yaranan hüquqi problem və məsələlərin həlli üçün vahid mexanizm rolunu oynayır.

 

Sənəd həm Qırğızıstanda, həm də Yaponiyada eyni gəlirin vergiyə cəlb edildiyi halları aradan qaldırmağı hədəfləyir. Bu, xüsusilə bir ölkədə gəlir əldə edən, amma digər ölkənin rezidenti olan şirkətlər, investorlar və fiziki şəxslər üçün mühüm əhəmiyyət daşıyır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.