
Masallı rayonunda qətl hadisəsi baş verib.
Senzor.az-ın məlumatına görə, hadisə dünən - iyunun 11-i səhər saatlarında Şıxlar kəndi ərazisində qeydə alınıb.
Naməlum şəxs kənd sakini, 1957-ci il təvəllüdlü Elmira Əmənovanın evinə daxil olaraq onu balta ilə qətlə yetirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerini müayinə ediblər. İlkin ehtimala əsasən, hadisə qarət məqsədi ilə törədilib.
Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.