“İran Qətərdəkı dünya çempionatına hücuma hazırlaşır” - İSRAİL KƏŞFİYYATINDAN ŞOK XƏBƏRDARLIQ

İsrailin hərbi kəşfiyyat rəhbəri general-mayor Aharon Haliva İranın Qətərdə keçirilən futbol üzrə dünya çempionatına hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib.

 

Bu barədə lenta.ru məlumat yayıb.

 

Generalın sözlərinə görə, hazırda Tehranı ildırım sürətli hücumundan çəkindirən yeganə amil dünya çempionatının ev sahiblərinin cavabıdır.

 

Haliva bildirib ki, İrandakı ümummilli etirazlar vətəndaş üsyanına çevrildiyi üçün ölkənin siyasi rejimi böyük təzyiqlərlə üzləşib.

 

“Ölənlərin sayı, milli simvollara hücumlar,  xüsusilə də sanksiyalar mövcud beynəlxalq təzyiq və çətin iqtisadi vəziyyətlə birlikdə rejim üçün çox narahatlıq yaradır”, - deyə o vurğulayıb.

 

İsrailli general hakimiyyətin ölkə daxilindəki vəziyyətdən çox narahat olduğunu və bunu siyasi nizamın mövcudluğuna təhlükə kimi qiymətləndirdiyini qeyd edib. Lakin generalın sözlərinə görə, hazırda rejimin süqutu ilə bağlı real təhlükə yoxdur.

 

“İrana təzyiq artdıqca ölkənin cavabı daha aqressiv olur. Ona görə də regionda və dünyada daha aqressiv cavablar gözləməliyik”, - deyə Haliva fikrini yekunlaşdırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.