Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində kritik komitə iclası...
VİDEO

Pakistanın xarici işlər və müdafiə nazirləri ilə Baş Qərargah rəisinin daxil olduğu yüksəksəviyyəli nümayəndə heyəti Məkkə Müdafiə Sazişi çərçivəsində Siyasi-strateji müdafiə komitəsinin fövqəladə iclasında iştirak etmək üçün bu gün Ər-Riyada yola düşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Pakistanın xarici işlər naziri İshaq Dar məlumat verib.

 

Qeyd edilib ki, görüşdə üzv dövlətlər olan Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyədən yüksəksəviyyəli rəsmilər iştirak edəcəklər.

 

İclasda Yəmənin qərbinə nəzarət edən husilərin Səudiyyə Ərəbistanına hücumları, problemin siyasi həlli yolları, münaqişənin dayandırılması üçün İranın təklifi müzakirə olunacaq. Vurğulanıb ki, İranın təşəbbüsü hələ ilkin mərhələdədir və rəsmi yazılı şəkildə irəli sürülməyib.

 

İshaq Dar vurğulayıb ki, 6-dan çox dövlət Məkkə Müdafiə Sazişinə qoşulmaqla bağlı fikrini bildirib. Amma nazir əlavə edib ki, yeni üzvlərin qoşulması yalnız sazişin tam fəaliyyətə başlaması ilə mümkün olacaq. Bu proses isə bir il çəkə bilər.

 

Xatırladaq ki, Məkkə Müdafiə Sazişi husilərin Səudiyyə Ərəbistanına hücumlara başlamasından bir neçə həftə əvvəl - avqustda imzalanıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.