Azərbaycan cüdoçusu Əhməd Yusifov dünya çempionu oldu
VİDEO/FOTO

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Əhməd Yusifov -60 kq çəki dərəcəsində dünya çempionu olub.

 

Senzor.az bildirir ki, mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz Tumenjarqal Tuvşinturu (Monqolustan), Harş Sinqhi (Hindistan), Ayub Bliyevi (Rusiya) və yarımfinalda Yan Yunq-Veyi (Çin Taypeyi) məğlub edərək finala yüksəlib.

 

Həlledici görüşdə Qazaxıstan təmsilçisi Şerzod Davlatovu da üstələyən Yusifov dünya çempionluğuna sahib çıxıb.

Bu gün tatamiyə çıxan digər cüdoçular - Balabəy Ağayev, Könül Əliyeva və Şəfəq Həmidova isə mundialı medalsız başa vurublar.

 

Xatırladaq ki, bu gün start götürən və oktyabrın 11-nə qədər davam edəcək turnirdə Azərbaycan 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadınla təmsil olunur.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.