
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.
Senzor.az-ın məlumatına görə, Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov KİV-in sorğusuna cavab olaraq bildirib ki, sözügedən qarşılaşma üçün paket biletlərlə birlikdə 45 minə yaxın biletin satılıb.
Qeyd edək ki, bundan əvvəl "Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün indiyədək ümumilikdə 100 mindən çox bilet satıldığı barədə məlumat verilmişdi.
Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirəcək və Çexiyanın "Slaviya" komandasını qəbul edəcək.