Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu yük gəmisinə zərbə endirib

Neytral sularda qarğıdalı daşıyan və iki Rusiya pilotsuz uçuş aparatının zərbəsinə məruz qalan Türkiyə yük gəmisinin heyətinin tərkibinə Azərbaycan və Hindistan vətəndaşları da daxildir.

 

Senzor.az bildirir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.

 

Onun sözlərinə görə, hücum nəticəsində gəminin kapitanı həlak olub. Daha bir ekipaj üzvünün taleyi məlum deyil. On bir ekipaj üzvü xilas edilib, onlardan biri yaralanıb.

 

V.Zelenski qeyd edib ki, Ukrayna Qara dənizdə gərginliyin azaldılması və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üzrə dəfələrlə konkret addımlar təklif edib.

 

Ukrayna lideri qlobal ərzaq təhlükəsizliyinin bərpası üçün Rusiyaya təzyiq göstərməyə çağırıb və vurğulayıb ki, bu məsələdə maraqlı olan hər kəs gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə köməklik göstərməlidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.