"Bloomberg": Makronun dövründə Fransa Aİ-nin "ən zəif bəndi"nə çevrilib

Fransa Emmanuel Makronun prezidentliyi dövründə dövlət borcunun kəskin artması, xərclərin çoxalması və siyasi qeyri-sabitliklə üzləşib.

 

"Bloomberg" agentliyinin yayımladığı məqalədə belə deyilir.

 

Nəşr qeyd edib ki, Makronun prezidentliyinin əvvəlində iqtisadi vəziyyət daha yaxşı idi. Hakimiyyət əmək qanunvericiliyində islahatlar apardı və biznes üçün vergiləri azaltdı, bundan sonra iqtisadiyyat 2 %-dən çox artdı, işsizlik və büdcə kəsiri isə azaldı.

 

Amma 2018-ci ildə yanacaq vergilərini artırmaq planları "sarı jiletlilər"in kütləvi etirazlarına səbəb oldu. Sosial gərginliyi azaltmaq üçün hökumət vergi güzəştlərinə və əlavə ödənişlərə 10 milyard avrodan çox vəsait yönəltdi.

 

COVID-19 pandemiyası və enerji böhranı zamanı dövlətin xərcləri kəskin şəkildə artdı. Fransanın Hesablama Palatasının qiymətləndirməsinə görə, 2020-2022-ci illərdə böhrana qarşı tədbirlər və iqtisadi stimullaşdırma təxminən 190 milyard avroya başa gəldi, enerji böhranının nəticələrinin aradan qaldırılması üçün isə əlavə olaraq təxminən 72 milyard avro tələb olundu.

 

Bununla yanaşı, hakimiyyət fövqəladə xərclərdən sürətlə imtina edə bilmədi. 2022-ci ildə Makron tərəfdarlarının parlament çoxluğunu itirməsindən və ardınca 2024-cü ilin növbədənkənar seçkilərindən sonra siyasi parçalanma kəsirin azaldılmasını daha da çətinləşdirdi.

 

Agentlik bildirib ki, indi Fransa "Avropanın ən zəif bəndi"nə çevrilib və onun hökuməti qarşısında yeni siyasi böhrana səbəb olmadan büdcə konsolidasiyasını həyata keçirmək kimi mürəkkəb bir məsələ durur.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.