Tramp Braziliyanı Hindistanla səhv saldı
FOTO

ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşdığı seçki ilə bağlı yazıda Braziliyanı Hindistanla səhv salıb.

 

Belə ki, Tramp Hindistanda prezident seçkilərinin birinci turunda 125 milyon insanın səs verdiyini və nəticələrin həmin gün açıqlandığını yazıb. Lakin bazar günü Hindistanda prezident seçkisi keçirilməyib. 

Hindistanda prezident birbaşa ümumxalq səsverməsi ilə seçilmir. Ölkə prezidenti parlamentin hər iki palatasının və ştatların qanunverici orqanlarının seçilmiş üzvlərindən ibarət Seçicilər Kollegiyası tərəfindən müəyyənləşdirilir. Hazırkı Prezident Draupadi Murmu 2022-ci ilin iyulunda vəzifəyə başlayıb və onun beşillik səlahiyyət müddəti başa çatmayıb.

 

Trampın qeyd etdiyi 125 milyon səs isə Braziliyada keçirilən prezident seçkilərinin birinci turunun nəticələri ilə uyğun gəlir. Braziliyada oktyabrın 4-də keçirilən səsvermədə təxminən 124,5 milyon seçici iştirak edib və səslərin hesablanması səsvermə məntəqələri bağlandıqdan qısa müddət sonra başlayıb.

 

Braziliyada seçkilərin ikinci turuna hazırkı Prezident Luiz İnasio Lula da Silva və sabiq prezident Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaro keçib. Onların heç biri səslərin 50 faizindən çoxunu toplamadığı üçün ikinci tur oktyabrın 25-də keçiriləcək.

 

Tramp paylaşımında ABŞ-da, o cümlədən Detroit, Filadelfiya və Kaliforniyada daha az sayda səslərin hesablanmasının həftələrlə çəkdiyini iddia edərək ölkənin seçki sistemini tənqid edib.

 

Modern.az bildirir ki, daha sonra Tramp ilkin paylaşımını “Truth Social”dan silib və iki dəqiqə sonra düzəliş edilmiş variantını yayımlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.