Tramp süni intellektlə bağlı yeni FEDERAL İŞÇİ QRUPU YARATDI

ABŞ Prezidenti Donald Tramp süni intellekt sahəsində fəaliyyət göstərəcək yeni federal işçi qrupu yaradıb.

 

“Associated Press“ xəbər verir ki, “Super Intelligence Force” adlandırılan qrupa ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton rəhbərlik edəcək.

 

Yeni qurumun əsas məqsədi ABŞ-ın süni intellekt sahəsində dünya liderliyini qoruması üçün federal hökumətin fəaliyyətini əlaqələndirməkdir. İşçi qrupu texnologiyanın imkanları ilə yanaşı, yarada biləcəyi riskləri də qiymətləndirəcək.

 

Qrupa Federal Ticarət Komissiyasının sədri Endryu Ferqyuson, Pentaqonun texnologiya üzrə rəsmisi Emil Maykl və Personal İdarəetmə Ofisinin direktoru Skott Kupor da daxil edilib. Qurum istehlakçılar, ictimai təşkilatlar, kritik infrastruktur operatorları və süni intellekt şirkətləri ilə əməkdaşlıq edəcək.

 

İşçi qrupu birbaşa Trampa və Ağ Evin Aparat rəhbəri Syuzi Uaylsa hesabat verəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.