Belarus “Vaqner”ə oxşar özəl hərbi şirkət qurur
FOTO

Belarus “QardServis” özəl mühafizə şirkəti əsasında Rusiyanın “Vaqner”inə analoq yaratmağa hazırlaşır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Svetlana Tixanovskayanın Birgə Keçid Kabinetinin müdafiə və milli təhlükəsizlik məsələləri üzrə üzvü Valeri Saxaşçik deyib.

 

O bildirib ki, son zamanlar “QardServis” işçilərinin sayı əhəmiyyətli dərəcədə artıb: “İndi şirkətdə mindən çox adam ola bilər. Bir neçə aydır ki, hazırlıq və işə qəbul prosesi gedir. Heyət Belarusun hüquq-mühafizə orqanlarının xüsusi təyinatlı bölmələrində xidmət edən zabitlər, gizirlər, çavuşlar və əsgərlər hesabına artırılıb”. 

Saxaşçik qeyd edib ki, “QardServis”əməkdaşları Belarusun bir neçə poliqonunda təlim keçirlər: “Mən bilirəm ki, 5-ci Əlahiddə Ümumqoşun Briqadasının zabitləri öz poliqonlarında onlara təlim keçir. Şirkət keçmiş “Dinamo” xüsusi təlim mərkəzinin bazasını da ələ keçirib, orada da aktiv əməliyyatlar aparılır. “QardServis” əməkdaşları Rusiyanın “Vaqner”i kimi təxribat və kəşfiyyat qruplarında və hücumlarda istifadə edilə bilər”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.