İran hakimiyyətini qarşıda daha çətin günlər gözləyir - ÖLKƏDƏ REJİM DƏYİŞİKLİYİ DƏ OLA BİLƏR
ŞƏRH

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan verilən məlumata görə, İranda etiraz fəallığı güclənir. Məlumatda bildirilib ki, mövcud rejim müxtəlif sahələrdə böhranla üz-üzədir. 

 

Qeyd olunub ki, bunun əsas səbəbi rejimin səriştəsizliyi və idarəetmənin düzgün qurulmamasıdır: “Fevralın 28-də İranın 14 əyalətində 20 etiraz aksiyası keçirilib. Onlardan 18-i İranın pisləşən iqtisadi durumu ilə bağlıdır. Bu etirazlar göstərir ki, İranda aksiya iştirakçılarının fəallığı güclənir”. 

 

Məlum olduğu kimi, İranda aksiyalar sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb. Artıq beş aydan çoxdur ki, aksiyalar davam edir. 

 

Əvvəllər də dediyimiz kimi, aksiyalarda Qərbin əlinin olması ehtimalı böyükdür. Əks halda etirazlar bu qədər mütəşəkkil olmaz və indiyədək çoxdan yatırılardı. Göünür, aksiyalara kənardan dəstək verilir. 

İran “Şahed” PUA-ları ilə Ukraynadakı müharibədə Rusiyaya dəstək verir. Bu da Qərbin Tehrana qarşı təzyiqlərinin artırılmasına şərait yaradır. 

 

İrandakı aksiyaların yaxın gələckdə səngiyəcəyi ağlabatan görünmür. Əksinə, yəqin ki, etirazlar eyni templə davam edəcək və daha da dərinləşəcək. 

 

Nəzərə almaq lazımdır ki, Qərbin İranla bağlı konkret məqsədləri var. ABŞ və müttəfiqləri bu hədəflərinə çatanadək mübarizə aparacaqlar. Böyük ehtimalla etirazlar da onlar həmin məqsədlərinə çatanadək davam edəcək. 

 

Aksiyaların rejim dəyişikliyi ilə nəticələnməsi də mümkündür. 

Beləliklə, molla rejiminin çətin günləri hələ qarşıdadır.

 

Kənan Novruzov

siyasi ekspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.