“Haber Global” Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü haqda: “DİPLOMATİK UĞURUN NÜMUNƏSİ…”
VİDEO

“Gürcüstanda keçirilən görüş Azərbaycanın diplomatik uğurunun son nümunəsi kimi qeydə düşdü”.

 

“Haber Global”ın Azərbaycan və Ermənistan baş nazirləri arasında Gürcüstanda keçirilən görüş barədə yayımladığı videosüjetdə belə deyilir.

 

“Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına bu dəfə region ölkəsi Gürcüstan ev sahibliyi edib. Azərbaycan Baş naziri Əli Əsədov və Ermənistan baş naziri Nikol Paşinyan Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Tbilisidə görüşüblər.

 

Azərbaycan sentyabrın 19-da Qarabağda qeyri-qanuni ünsürlərə qarşı antiterror əməliyyatı keçirərək bölgəni işğalçı ünsürlərdən bir gündən də az müddətdə təmizlədi və Qarabağdakı qondarma dövlət strukturu təslim olaraq bölgəni tərk etdi. Bu tarixi hadisədən sonra Qarabağ faktiki olaraq Azərbaycan torpağıdır. İlham Əliyev Xankəndində Azərbaycan bayrağını qaldırdı.

 

Qarabağ məsələsinin əbədi olaraq tarixə qovuşmasını təmin edən antiterror əməliyyatından sonra Azərbaycan və Ermənistan liderləri arasında ilk təkbətək görüş əslində oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilməli idi. Lakin Fransa, Almaniya və Avropa İttifaqı liderlərinin də iştirak edəcəyi iclasda Türkiyənin iştirakına mane olundu. Azərbaycan Prezidenti İlham Əliyev də bu səbəbdən “Türkiyə yoxdursa, biz də yoxuqr” deyərək Qranadaya getmədi.

 

İlham Əliyev bundan sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının regiondan uzaq ölkələrin deyil, region ölkələrinin iştirakı ilə aparılmalı olduğunu bildirdi”, - deyə videosüjetdə bildirilib.

 

Qeyd edək ki, Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü bir neçə saat davam edib.

 

Daha ətraflı videosüjetdə:







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.