
Real Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev dünən axşam tamaşaçılarına rəhbəri və aparıcısı olduğu populyar “Mir Şahinin vaxtı” proqramının növbəti buraxılışını təqdim edib.
Senzor.az bildirir ki, tanınmış jurnalist verilişinə ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında gördüyü ilginc və maraqlı bir mənzərə, eləcə də bu ölkənin Azərbaycandakı yeni səfirini qarşılamaq üçün Bakı hava limanına niyə getmədiyinin səbəbini izah etməklə başlayır: “...Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfirini qarşılamaqdan ötrü hava limanına niyə getmədim? Ona görə ki, Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısında etimadını artıq sürətlə itirməkdə olan bir ölkənin yeni elçisinin hansı üzlə bizə etimadnamə təqdim edəcəyi mənə sadəcə çatmır. Ümumiyyətlə, bu ölkənin istənilən xüsusi əhəmiyyətli hadisələr zamanı özünə rəva bildiyi tərzdə də səmimiyyət adına heç nə görmürəm. Böyük dövlətlərin riyasını dərk edə bilməkdən ötrü onların özü boyda səbrin, hövsələn olmalıdır. Birləşmiş Ştatları tanımamışıq. Bəlkə hələ də tanımırıq. Bir-birimizi rəsmən 1992-ci ildən tanısaq da. Formallıq imiş. Bir dövlətin nə qədər sifəti, nə qədər üzü olarmış...”.
Sonra isə...
Sonrası daha maraqlıdır. Mütləq baxın...