ƏRDOĞAN HAKİMİYYƏTİ XALQA QAYTARDI - Türkiyə təkcə Şərqə deyil, bütün sivil liberal dünyaya daha bir demokratiya dərsi verdi
YENİLƏNİB


Türkiyədə yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə səslərin 99 faizindən çoxu hesablanıb.

 

Senzor.az bildirir ki, ölkə üzrə sandıqların 99,37 faizi açılıb.

 

Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 35,53 faizlə ikinci sıradadır.

 

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 51,05 faizlə birinci yerdədir.

 

AK Partinin namizədlərindən 24-ü, CHP-nin namizədlərindən isə 35-i ölkənin müxtəlif şəhərlərinin bələdiyyə başçısı vəzifəsinə seçilib. Bunlardan AK Parti üzrə 12-si, CHP üzrə 14-ü böyük şəhərlərdir. Eyni zamanda hakimiyyətdə olan partiya Antalya və İzmiri geri ala bilməyib.

 

Türkiyənin Ali Seçki Komissiyası seçkilərin ilkin nəticələrini bazar ertəsi elan etmək niyyətindədir. Bu arada partiya liderləri və namizədlər artıq qələbələrini elan ediblər və ya məğlub olduqlarını etiraf ediblər. Yavaş və İmamoğlu əslində seçkilərdəki qələbələrini qeyd ediblər.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində partiyasının seçkilərdə istənilən nəticəni əldə etmədiyini etiraf edib, lakin bunun “son deyil, dönüş nöqtəsi” olduğunu bildirib.

 

Daha bir vacib məqam. Beynəlxalq aləmdə tanınmış ekspertlər bu seçkilərin nəticəsini Türkiyə Prezidenti Ərdoğanın hakimiyyəti xalqa qaytarması kimi xarakterizə edirlər. 

Elə Türkiyə lideri də dünən gecə müxalifətin qələbəsini öz aktivinə yazaraq, keçirilən seçkiləri qaynar Şərqin aparıcı dövlətində demokratiyanın qələbəsi olduğunu bəyan etdib Həqiqətən də Türkiyə təkcə Şərqə deyil, sivil liberal dünyaya demokratiya və xalq iradəsinə dair daha bir dərs verdi. Yeri gəlmişkən, bu həm də Ərdoğanı hakimiyyəti qəsb etmək və avtoritarlaşdırmaq cəhdlərində ittiham edən tənqidçilərinə və əleyhdarlarına ən yaxşı cavabdır.

 

Senzor.az


**22:53 (31.03.2024)




Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələrinə dair növbəti məlumatlar açıqlanıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, indiyədək ölkə üzrə sandıqların 51,65 faizi açılıb.

 

Hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,89 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 36,85 faizlə ikinci sıradadır.

 

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 58,56 faizlə, İstanbulda isə CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 50,31 faizlə öndədirlər.

 

İzmirdə də CHP namizədi irəlidədir. Belə ki, Cemil Tugay 48,08 faiz səs toplayıb.

 

Qeyd edək ki, Türkiyədə 30-u böyük şəhər olmaqla, 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibini, həmçinin 50 336 kənd və məhəllə muxtarını seçmək üçün səs veriblər.

 

**20:53


Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələrinə dair ilkin məlumatlar açıqlanıb.

 

Senzor.az bildirir ki, indiyədək ölkə üzrə sandıqların 23,52 faizi açılıb. İlkin hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 39,44 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 38,09 faizlə ikinci sıradadır.

 

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 57,07 faizlə öndədir,  hakim parityadan olan namizəd Turgut Altınok isə 36,47 % səs toplayıb.

 

İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 49,74 faizlə ilk sıradadır.  AK partidən olan namizəd Murat Kurum 41,72 % səs toplayıb.

 

CHP İzmir şəhərində də ilk sıradadır - Cemil Tuqay 47,50% səslə birinci, onun rəqibi Ədalət və İnkişaf Partiyasından Hamza Dağ isə 37,56% ilə ikinci sıradadır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.