Hacı Şahinin “YouTube” səhifəsinin ələ keçirilməsi adi kibercinayət əməli deyil...
ELXAN ŞÜKÜRLÜDƏN İLGİNC ŞƏRH - PROQNOZ

Rəhmətlik Hacı Şahinin “YouTube” səhifəsinin ələ keçirilərək, çıxışlarının silinməsi təkcə adi kibercinayət əməli deyil, həm də gələcəkdə ölkəmiz üzərində planlanan ssenarilərin və yaşayacağımız böyük bir problemin növbəti ciddi siqnalıdır. 

 

Görünən odur ki, ölkənin ənənəvi məzhəbinə qarşı hansısa çevrələrdə sistemli bir savaş açılıb və öncə meydançanın təmizlənməsinə, gələcəkdə isə artıq toxumu səpilmiş yad təsir və ideologiyaların bütün ölkə miqyasında genişləndirilməsinə, əl-qol açmasına qərar verilib.

 

Bu təcrübəni Qərb xüsusi xidmət orqanları uzun illərdir ki, nəzarətlərinə keçirmək istədikləri müsəlman coğrafiyasında, o cümlədən də sovetlərin şinelindən çıxmış Mərkəzi Asiya respublikalarında uğurla tətbiq edirlər və indi növbəti hədəf Azərbaycandır. 

 

SSRİ dağılandan sonra Azərbaycanda Türkiyə (hənəfilik) və İranın (şiəlik) təsiri güclənməsin, eləcə də Rusiyanın cənub sərhədlərində, xüsusən də Şimali Qafqazda dini separatizm meylləri artsın deyə, Azərbaycanda da Səudiyyə və Küveyt üzərindən yeni dini cərəyanların, daha dəqiqi, Qərb xüsusi xidmət orqanlarının “islamçı” adı altındakı ideoloji məktəblərinin ilkin bazaları quruldu, toxumları bütün ölkəyə səpildi...

 

İndi vəziyyət o yerə gəlib çatıb ki, artıq Azərbaycanda hansısa yüksək vəzifəli şəxslərin və onların yaxın qohumlarının belə, bilərəkdən və bilməyərəkdən, ənənəvi olmayan bu cərəyanların təsiri altına düşdüklərini, hətta bu nüfuzlu şəxslərə görə həmin cərəyanların təsirinin sürətlə genişləndiyini, sıralarının həndəsi silsiləylə artdığını eşidirik. 

 

Şübhəsiz ki, bu şəxslərin sırasında səmimi şəkildə öz ibadətlərini yerinə yetirənlərlə yanaşı, ölkədə məzhəb qarşıdurmasının yaradılmasına çalışan və bu yöndə aktiv fəaliyyət göstərən fitnəkarlar da var. 

 

Belə fitnəkarlar yüksək dövlət mövqeyi və ya mühüm dövlət vəzifəsi tutan şəxslərlə olan əlaqələrindən və yaxınlıqlarından, tutduqları dövlət postunun verdiyi səlahiyyətlərdən sui-istifadə edərək, xüsusən də “Əhli-Beyt” tərəfdarlarına, təbliğatçılarına qarşı çox iyrənc bir mövqe nümayiş etdirirlər: onları sıxışdırmağa, fəaliyyətlərini məhdudlaşdırmağa, başqa ölkələrə bağlayıb ləkələməyə və gözdən salmağa çalışırlar!

 

Hazırda bu şəbəkənin və onları idarə edənlərin Azərbaycanda öz rişələrini daha dərinə yaymaqda əsas maneələrdən biri rəhmətlik Hacı Şahinin çıxışları, onun cəmiyyətdəki, xüsusən də sosial şəbəkələrdəki aktiv və mövqeyində sabit tərəfdarları, pərəstişkarlarıdır...

 

Dövlətin təhlükəsizliyinə cavabdeh qurumların rəhbərləri qarşıdakı dönəmdə nəzarətlərindəki əməkdaşlarının əlaqələrinə, xüsusən də qeyri-ənənəvi dini dünyagörüş daşıyıcılarına ciddi diqqət yetirərək, ölkəni çəkildiyi bir təfriqədən vaxtında qorumağı bacarmalıdır. 

 

Əks-halda, bir müddət sonra Qazaxıstan, Tacikistan və Qırğızıstanda yaşanılan acı təcrübəylə biz də üz-üzə qalacağıq!

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.